Məxfilik siyasəti

Məxfilik siyasəti

Şərhlər

FinTez Group Azərbaycan MMC

MƏXFİLİK SİYASƏTİ


1. Ümumi müddəalar

1.1. Bu Məxfilik Siyasəti FinTez Group Azərbaycan MMC (bundan sonra “Şirkət”) tərəfindən təqdim edilən mobil tətbiq və digər rəqəmsal xidmətlərdən istifadə zamanı İstifadəçilərin fərdi məlumatlarının toplanması, işlənməsi, saxlanması və ötürülməsi qaydalarını müəyyən edir.

1.2. Bu sənəddə “İstifadəçi” dedikdə mobil tətbiqdən və ya onlayn platformalardan istifadə edən fiziki şəxs, habelə onun məlumatları əsasında əməliyyat aparan üçüncü şəxslər nəzərdə tutulur.

1.3. Şirkət Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, o cümlədən “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərir.


2. Toplanan məlumatlar

2.1. Şirkət aşağıdakı kateqoriyalara aid məlumatları toplaya və emal edə bilər:

  • Şəxsi identifikasiya məlumatları (ad, soyad, ata adı, FIN, şəxsiyyət vəsiqəsi məlumatları və s.);
  • Əlaqə məlumatları (telefon nömrəsi, elektron poçt və s.);
  • Ünvan məlumatları
  • Maliyyə və kredit məlumatları;
  • AKB məlumatlar;
  • ASAN FİNANS məlumatları;
  • Biometrik məlumatlar (barmaq izi və digər identifikasiya vasitələri);
  • Mobil tətbiqdə istifadə statistikası və texniki məlumatlar.

2.2. Biometrik məlumatlar xüsusi kateqoriyalı fərdi məlumat hesab edilir və onların qorunması üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunur.


3. Məlumatların işlənmə məqsədləri

3.1. Fərdi məlumatlar aşağıdakı məqsədlərlə işlənir:

  • Mobil tətbiqdə qeydiyyat və identifikasiya;
  • Kredit və digər maliyyə xidmətlərinin göstərilməsi;
  • Kredit risklərinin qiymətləndirilməsi;
  • Kredit tarixçəsinin formalaşdırılması;
  • Müştəri məmnuniyyətinin artırılması;
  • Yeni məhsul və xidmətlərin hazırlanması;
  • Statistik təhlil və bazar araşdırması;
  • Dələduzluq, kiberhücum və digər hüquq pozuntularının qarşısının alınması;
  • Qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi.

4. Məlumatların üçüncü şəxslərə ötürülməsi

4.1. Şirkət qanunvericiliyin icazə verdiyi hallarda və həcmdə məlumatları aşağıdakı şəxslərə ötürə bilər:

  • Kredit büroları;
  • Digər maliyyə və kredit təşkilatları;
  • Xidmət təminatçıları və agentlər;
  • Törəmə və tərəfdaş təşkilatlar;
  • Qanunvericiliklə tələb olunduqda;
  • Dövlət, məhkəmə və icra hakimiyyəti orqanları.

4.2. Məlumat ötürülən şəxslərdən konfidensiallıq və informasiya təhlükəsizliyi standartlarına riayət etmələri tələb olunur.

4.3. Zərurət olduqda fərdi məlumatların transsərhəd ötürülməsi həyata keçirilə bilər.


5. Razılıq və hüquqi əsas

5.1. Mobil tətbiqdə müvafiq razılıq qeydi etməklə İstifadəçi fərdi məlumatlarının toplanmasına, işlənməsinə, saxlanmasına və ötürülməsinə razılıq verir.

5.2. Razılıq Şirkətin xidmətlərindən istifadə müddətində qüvvədədir.

5.3. İstifadəçi yazılı müraciət etməklə öz razılığını geri götürə bilər.


6. Məlumatların saxlanması və məhv edilməsi

6.1. Fərdi məlumatlar qanunvericilik və Şirkətin daxili qaydaları ilə müəyyən edilmiş müddət ərzində saxlanılır.

6.2. Saxlanma müddəti bitdikdən sonra məlumatlar arxivləşdirilir və ya məhv edilir.


7. İstifadəçinin vəzifələri

7.1. İstifadəçi aşağıdakı öhdəlikləri qəbul edir:

  • Mobil cihazının və SİM-kartının təhlükəsizliyini təmin etmək;
  • İtki və ya oğurluq halında dərhal Şirkətə məlumat vermək;
  • Tətbiqdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istifadə etmək;
  • Daxil etdiyi məlumatların düzgünlüyünü təmin etmək;
  • Eyniləşdirmə məlumatlarını üçüncü şəxslərə ötürməmək. Ötürdüyü halda bütün məsuliyəti İstafadəçi daşıyır.

8. Elektron sənədlərin hüquqi qüvvəsi

8.1. Mobil tətbiq vasitəsilə təsdiqlənmiş elektron sənədlər kağız daşıyıcıda imzalanmış sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

8.2. Barmaq izi və digər biometrik təsdiqlər şəxsi imzanın analoqu hesab olunur.

8.3. QR kod vasitəsilə həyata keçirilən əməliyyatlar hüquqi baxımdan etibarlı hesab edilir.

8.4. Tətbiq vasitəsilə təsdiqlənmiş sənədlər mübahisələrin həlli zamanı sübut kimi qəbul olunur.


9. Məhdudiyyətlər və məsuliyyət

9.1. Tətbiqdən aşağıdakı məqsədlərlə istifadə qadağandır:

  • Qeyri-qanuni fəaliyyətlər;
  • Qadağan olunmuş və ya məhdudlaşdırılmış mallar və xidmətlər;
  • Qumar və mərc ödənişləri.

9.2. Belə hallar aşkar edildikdə Şirkət əməliyyatları bloklamaq, limit tətbiq etmək və ya xidmətlərin göstərilməsini dayandırmaq hüququna malikdir.

9.3. İstifadəçi tərəfindən səhv məlumat daxil edilməsi və ya eyniləşdirmə məlumatlarının üçüncü şəxslərə ötürülməsi nəticəsində yaranan risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

10. Əlaqə məlumatları

10.1. Bizimlə əlaqə saxlayın:

FinTez Group Azərbaycan MMC
E-poçt: bizeyaz@fintez.az
Telefon: +994992040008